Qeydiyyatdan keçin

Google ilə daxil ol
və ya istifadə edin

Hesabınız var? İndi Daxil ol

Daxil ol

İnsanların suallarına cavab vermək və digər insanlarla əlaqə saxlamaq üçün sosial suallar və Cavablar Mühərrikimizə daxil olun.

Burada Qeydiyyatdan Keçin
Google ilə daxil ol
və ya istifadə edin

Şifrəni unutmusunuz?

Hesabın yoxdur, Burada Qeydiyyatdan Keçin

Şifrəni unutdum

Parolunuzu itirdiniz? E-poçt ünvanınızı daxil edin. Siz link alacaqsınız və e-poçt vasitəsilə yeni parol yaradacaqsınız.

Hesabınız var? İndi Daxil ol

Sual vermək üçün daxil olmalısınız.

Google ilə daxil ol
və ya istifadə edin

Şifrəni unutmusunuz?

Hesab lazımdır, Burada Qeydiyyatdan Keçin

Yazı əlavə etmək üçün daxil olmalısınız.

Google ilə daxil ol
və ya istifadə edin

Şifrəni unutmusunuz?

Hesab lazımdır, Burada Qeydiyyatdan Keçin

Zəhmət olmasa, bu sualın niyə bildirilməli olduğunu düşündüyünüzü qısaca izah edin.

Zəhmət olmasa, bu cavabın niyə bildirilməli olduğunu hesab etdiyinizi qısaca izah edin.

Zəhmət olmasa, bu istifadəçinin niyə şikayət edilməli olduğunu düşündüyünüzü qısaca izah edin.

Cavabi.Com Logo Cavabi.Com Logo
Daxil olQeydiyyatdan keçin

Cavabi.Com

Axtar
Sual verin

Mobil menyu

Bağlayın
Sual verin
  • Əsas səhifə
  • Haqqımızda
  • Bloq
  • Əlaqə
Ev/ Suallar/Q 242
Sonrakı
Cavab verdi

Cavabi.Com Ən son Suallar

rafaelloaze
  • 0
  • 0
rafaelloaze
Soruşdu: Fevral 14, 20252025-02-14T11:29:46+00:00 2025-02-14T11:29:46+00:00In: Xəbər

2025-ci ildə Ramazan ayı nə vaxt başlayacaq?

  • 0
  • 0

2025-ci ildə Ramazan ayı nə vaxt başlayacaq? 2025-ci il Ramazan ayı təqvimi necədir?

2025 ramazanramazanramazan ayıramazan bayramıramazan təqvimi
4
  • 4 4 Cavablar
  • 1k Baxışlar
  • 0 İzləyicilər
  • 1
    • Hesabat
  • Paylaşın
    Paylaşın
    • Paylaşın WhatsApp
    • Paylaşın Facebook
    • Paylaşın Twitter

Cavab əlavə etmək üçün daxil olmalısınız.

Google ilə daxil ol
və ya istifadə edin

Şifrəni unutmusunuz?

Hesab lazımdır, Burada Qeydiyyatdan Keçin

4 Cavablar

  • Səs verdi
  • Ən köhnə
  • Son
  • Təsadüfi
  1. Jafar
    Ən Yaxşı Cavab
    Jafar
    2025-02-14T11:38:55+00:00Fevral 14, 2025 üzrə 11:38 am üzrə cavab əlavə edildi
    Bu cavab redaktə edilib.

    2025-ci ildə Ramazan Ayı Martın 1-də Başlayır – Qədr Gecələri və Ramazan Bayramı Tarixləri

    2025-ci il üçün Ramazan ayının ilk günü martın 1-də başlayacaq. Azərbaycanın dini təqvimi üzrə, fevralın 28-də yeni ayın görünməsi gözlənilir və bu, Ramazan ayının başlanmasına işarə edir. Bu müqəddəs ayda oruc tutan müsəlmanlar üçün bərəkət və ruhani təmizlənmə dövrü başlayacaq.

    Ramazan Ayının Başlanğıcı

    Martın 1-də başlayacaq Ramazan ayı, İslamın beş əsas ibadətindən biri olan oruc tutma vaxtıdır. Bu ay ərzində müsəlmanlar gündüz saatlarında yemək və içməkdən çəkinir, ruhani baxımdan özlərini təmizləyirlər. Oruc, həmçinin insanın şəfqətini artırır, zəkat və yardım etməyə yönəldir.

    Qədr Gecələri

    Ramazan ayında xüsusi əhəmiyyətə sahib olan Qədr gecələri, Allahın rəhmətinin ən çox nazil olduğu gecələrdir. Bu il Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərində qeyd ediləcək. İslam inancına görə, Qədr gecələrində ibadət etmək, min aydan daha fəzilətli sayılır. Müsəlmanlar bu gecələrdə dua etməyə, Quran oxumağa və Allahın bağışlanmasını diləməyə xüsusi diqqət yetirirlər.

    Ramazan Bayramı

    Ramazan ayının sonunda, müsləmanlar böyük bir sevinclə Ramazan Bayramını qeyd edəcəklər. Təqviminə görə, bu il Azərbaycanda Ramazan Bayramı martın 30 və 31-də qeyd ediləcək. Bayram, ailəvi toplantılar, orucdan sonra ilk dəfə yemək və yardımlaşma kimi ənənələrlə özəl bir şəkildə qeyd edilir.

    Ramazan Ayının Əhəmiyyəti

    Ramazan ayı, yalnız oruc tutmaqla kifayətlənməyib, həm də dini təfəkkür, şəfqət və yardımlaşma ayıdır. Bu dövr ərzində müsəlmanlar, həm fiziki, həm də ruhi olaraq özlərini təmizləyir, Allaha yaxınlaşırlar. Oruc, həmçinin cəmiyyətin ehtiyacı olan üzvlərinə yardım etməyə daha həssas olmağa gətirib çıxarır.

    Xülasə olaraq, Ramazan ayının başlanğıcı martın 1-ə təsadüf edəcək və Qədr gecələri ilə müqəddəs ayın ruhani xüsusiyyətləri daha da vurğulanacaq. Ramazan Bayramı isə martın 30-31 tarixlərində qeyd ediləcək. Bu dövr ərzində oruc tutmaq, yalnız dini ibadət deyil, həm də sağlamlıq və mənəvi yüksəliş baxımından çox mühüm bir əhəmiyyət kəsb edir.

    Ramazan ayı təqvimi 2025

    2025 Ramazan Ayı Təqvimi

    Rayonlar üzrə sahur və iftar vaxtları aşağıdakı qaydada müəyyənləşdirilmişdir (dəqiqə):

    Ağcabədi +10, Ağdam +11, Ağdaş +10, Ağstafa +18, Ağsu +5, Astara +4, Babək +18, Balakən +5, Bərdə +11, Beyləqan +10, Cəbrayıl +12, Cəlilabad +6, Culfa +18, Daşkəsən +15, Füzuli +11, Gədəbəy + 16, Gəncə + 14, Goranboy +12, Göyçay +8, Göygöl +14, Hacıqabul +4, Horadiz +10, İmişli +7, İsmayıllı +6, Kəlbəcər +15, Kürdəmir +6, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Qax +11, Qazax +19, Qəbələ +8, Quba +5, Qusar +4, Saatlı +6, Sabirabad +6, Şabran +4, Şahbuz +18, Salyan +4, Şamaxı +6, Şəki +12, Şəmkir +15, Şərur +18, Şirvan +4, Siyəzən +3, Sumqayıt +1, Şuşa +13, Tərtər +12, Tovuz +16, Ucar +8, Xaçmaz +4, Yardımlı +8, Yevlax +11, Zaqatala +15, Zəngilan +13, Zərdab +9 dəqiqə

      • 1
    • Paylaşın
      Paylaşın
      • Paylaşın Facebook
      • Paylaşın WhatsApp
      • Hesabat
  2. byeditor
    byeditor
    2025-02-14T21:57:30+00:00Fevral 14, 2025 üzrə 9:57 pm üzrə cavab əlavə edildi

    Ramazan Ayı İmsak və İftar Vaxtları

    Ekranınızda İftar vaxtı görsənmirsə ekranı sola doğru sürükləyin. İftar Vaxtları Fərqli rənglə qeyd olunub. 

    Həftənin
    Günləri
    Hicri Ayı Miladi Ayı İmsak
    Vaxtı
    Sübh
    Azanı
    Gün
    Çıxır
    Zöhr
    Azanı
    Əsr
    Azanı
    Məğrib
    Azanı/
    İftar Vaxtı
    İşa
    Azanı
    Şənbə 01 Ramazan 1 Mart 05:49 05:54 07:14 12:53 16:49 18:47 19:47
    Bazar 02 Ramazan 2 Mart 05:47 05:52 07:12 12:53 16:50 18:48 19:48
    Bazar Ertəsi 03 Ramazan 3 Mart 05:46 05:51 07:11 12:53 16:51 18:49 19:49
    Çərşənbə ax. 04 Ramazan 4 Mart 05:44 05:49 07:09 12:52 16:52 18:50 19:50
    Çərşənbə 05 Ramazan 5 Mart 05:43 05:48 07:07 12:52 16:53 18:51 19:52
    Cümə axş. 06 Ramazan 6 Mart 05:41 05:46 07:06 12:52 16:54 18:52 19:53
    Cümə 07 Ramazan 7 Mart 05:40 05:45 07:04 12:52 16:54 18:53 19:54
    Şənbə 08 Ramazan 8 Mart 05:38 05:43 07:03 12:51 16:55 18:54 19:55
    Bazar 09 Ramazan 9 Mart 05:36 05:41 07:01 12:51 16:56 18:55 19:56
    Bazar Ertəsi 10 Ramazan 10 Mart 05:35 05:40 07:00 12:51 16:57 18:56 19:57
    Çərşənbə ax. 11 Ramazan 11 Mart 05:33 05:38 06:58 12:51 16:58 18:57 19:58
    Çərşənbə 12 Ramazan 12 Mart 05:31 05:36 06:56 12:50 16:59 18:59 19:59
    Cümə axş. 13 Ramazan 13 Mart 05:30 05:35 06:55 12:50 17:00 19:00 20:00
    Cümə 14 Ramazan 14 Mart 05:28 05:33 06:53 12:50 17:01 19:01 20:01
    Şənbə 15 Ramazan 15 Mart 05:26 05:31 06:51 12:49 17:01 19:02 20:03
    Bazar 16 Ramazan 16 Mart 05:25 05:30 06:50 12:49 17:02 19:03 20:04
    Bazar Ertəsi 17 Ramazan 17 Mart 05:23 05:28 06:48 12:49 17:03 19:04 20:05
    Çərşənbə axş. 18 Ramazan 18 Mart 05:21 05:26 06:47 12:49 17:04 19:05 20:06
    Çərşənbə 19 Ramazan 19 Mart 05:20 05:25 06:45 12:48 17:05 19:06 20:07
    Cümə axş. 20 Ramazan 20 Mart 05:18 05:23 06:43 12:48 17:05 19:07 20:08
    Cümə 21 Ramazan 21 Mart 05:16 05:21 06:42 12:48 17:06 19:08 20:09
    Şənbə 22 Ramazan 22 Mart 05:14 05:19 06:40 12:47 17:07 19:09 20:11
    Bazar 23 Ramazan 23 Mart 05:13 05:18 06:38 12:47 17:08 19:10 20:12
    Bazar Ertəsi 24 Ramazan 24 Mart 05:11 05:16 06:37 12:47 17:09 19:11 20:13
    Çərşənbə axş. 25 Ramazan 25 Mart 05:09 05:14 06:35 12:47 17:09 19:12 20:14
    Çərşənbə 26 Ramazan 26 Mart 05:07 05:12 06:33 12:46 17:10 19:13 20:15
    Cümə axş. 27 Ramazan 27 Mart 05:05 05:10 06:32 12:46 17:11 19:14 20:16
    Cümə 28 Ramazan 28 Mart 05:04 05:09 06:30 12:46 17:11 19:15 20:18
    Şənbə 29 Ramazan 29 Mart 05:02 05:07 06:29 12:45 17:12 19:17 20:19
    Rayonlar üzrə sahur və iftar vaxtları aşağıdakı qaydada müəyyənləşdirilmişdir (dəqiqə):

    Ağcabədi +10, Ağdam +11, Ağdaş +10, Ağstafa +18, Ağsu +5, Astara +4, Babək +18, Balakən +5, Bərdə +11, Beyləqan +10, Cəbrayıl +12, Cəlilabad +6, Culfa +18, Daşkəsən +15, Füzuli +11, Gədəbəy + 16, Gəncə + 14, Goranboy +12, Göyçay +8, Göygöl +14, Hacıqabul +4, Horadiz +10, İmişli +7, İsmayıllı +6, Kəlbəcər +15, Kürdəmir +6, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Qax +11, Qazax +19, Qəbələ +8, Quba +5, Qusar +4, Saatlı +6, Sabirabad +6, Şabran +4, Şahbuz +18, Salyan +4, Şamaxı +6, Şəki +12, Şəmkir +15, Şərur +18, Şirvan +4, Siyəzən +3, Sumqayıt +1, Şuşa +13, Tərtər +12, Tovuz +16, Ucar +8, Xaçmaz +4, Yardımlı +8, Yevlax +11, Zaqatala +15, Zəngilan +13, Zərdab +9 dəqiqə

      • 1
    • Paylaşın
      Paylaşın
      • Paylaşın Facebook
      • Paylaşın WhatsApp
      • Hesabat
    • Jafar
      Jafar
      2025-02-20T12:48:02+00:0012:48 pm ilə Fevral 20, 2025 ilə bağlı cavaba cavab verildi

      Ramazan Ayı Duaları🤲

      Ramazan ayı 1-ci gün duası 🤲

      İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları əfv edən Allah!

      Ramazan ayı 2-ci gün duası 🤲

      İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, meni bu ayda Öz ayələrini oxumağa müvəffəq et!

      Ramazan ayı 3-cü gün duası 🤲

      İlahi, bu ayda mənə güclü ağıl və ayıq- sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən menim də nəsibimi ver!

      Ramazan ayı 4-cü gün duası 🤲

      İlahi, bu ayda mene Sənin (oruc tutmaq barede) əmrini yerinə yetirməyə qüvvət ver. Səni zikr etməyin şirinliyini mənə daddır, səxavətinə görə Sənə şükr etməyə məni ruhlandır. Məni bu ayda Özün hifz et və qoru, ey bəsirətlə nəzər edən Allah!

      Ramazan ayı 5-cü gün duası 🤲

      İlahi, bu ayda meni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver. Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!

      Ramazan ayı 6-cı gün duası 🤲

      İlahi, bu ayda meni Sənə asiliyə məruz qoymaqla rüsvay etme, Öz cəza qamçınla məni vurma. Öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey rəğbət bəsləyənlərin Rəğbətlisi!

      Ramazan ayı 7-ci gün duası 🤲

      İlahi, bu ayın orucunu tutmaqda ve namazını qılmaqda mene kömek ol, məni səhvlərdən və günahlardan uzaqlaşdır. Bütün bu ayı Səni zikr etməyi mənə qismət et, Öz köməyin sayəsində, ey azmışları doğru yola çıxaran Allah!

      Ramazan ayı 8-ci gün duası 🤲

      İlahi, bu ayda mənə yetimlərə münasibet-de merhemetli olmağı, çörək vermeyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə. Öz qüdrətin sayəsində, ey ümid edenlerin Pənahı!

      Ramazan ayı 9-cu gün duası 🤲

      İlahi, bu ayda mənə Öz geniş mərhəmətin- dən pay ver. Öz açıq-aşkar delil-sübutlarınla yol göstər. Səni razı salacaq bütün şeylərə doğru məni apar. Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahi!

      Ramazan ayı 10-cu gün duası 🤲

      İlahi, bu ayda meni Öz həsənatlarının sayesinde Sənə tevekkül edənlerden, Sənin yanında bu ayda uğur qazananlardan və Özünə yaxınlardan qərar ver. Öz yaxşılığınla ey istək sahiblərinin son Qayəsi!

      Ramazan ayı 11-ci gün duası 🤲

      İlahi, bu ayda mənə Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir. Mende bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!

      Ramazan ayı 12-ci gün duası 🤲

      İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaet ve razılıq libasını geyindir. Bu ayda meni edalet ve insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm ey (üreklerinde) Allah qorxusu olanların Himayədarı!

      Ramazan ayı 13-ci gün duası 🤲

      İlahi, bu ayda meni natemizlik ve iyrenc şeylerden pak et. Alın yazısı ilə meni bu ayda olacaqlara səbirli et, və Öz köməyinlə məni bu ayda təqvaya və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlerin gözlerinin işığı Allah!

      Ramazan ayı 14-ci gün duası 🤲

      İlahi, bu ayda sehvlerimi mene irad tutma. Meni sehvlerden ve büdrəmələrdən qoru, bela və dərdlərə düçar etme. And verirəm İzzətinə ey müsəlmanların İzzəti, Şərəfi olan Allah!

      Ramazan ayı 15-ci gün duası 🤲

      İlahi, mene bu ayda teqvalı olanların itaətini bexş et, qelbimi bu ayda itaət edenləre məxsus tövbe üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahi!

      Ramazan ayı 16-cı gün duası 🤲

      İlahi, bu ayda meni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et, və məni şər adamlarla rastlaşmaqdan uzaq et. Öz rəhmətinlə mene bu ayın xatirine axiretde qərar evinde sığınacaq ver, Allahlığın xatirinə ey alemlerin Rəbbi!

      Ramazan ayı 17-ci gün duası 🤲

      İlahi, mene bu ayda saleh əməllərə doğru yol göster, ehtiyac ve amallarımı yerinə yetir. Ey etdikleri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları bilen! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bexş et!

      Ramazan ayı 18-ci gün duası 🤲

      İlahi, meni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qelbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qil. Səni öz nuruna and verirem, ey ariflərin qəlblərini işıqlandıran Allah!

      Ramazan ayı 19-cu gün duası 🤲

      İlahi, bu ayın bereketinden nesibimi bol et, mənim yolumu xeyir-bərəkətlərinə doğru asanlaşdır. Meni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etme, ey açıq-aşkar haqqa hidayət edən Allah!

      Ramazan ayı 20-ci gün duası 🤲

      İlahi, bu ayda menim üçün Cənnət qapılarını aç, Cəhənnəm qapılarını bağla, meni bu ayda Quran oxumağa müvəffəq et. Ey möminlerin qəlblərinə rahatlıq salan Allah!

      Ramazan ayı 21-ci gün duası 🤲

      İlahi, bu ayda Sənin rızanı qazanmaq üçün mene yol göster, Şeytanın meni azdırması üçün yol qoyma, Cənnəti menim üçün mənzil və dinclik yeri qərar ver, ey möhtac olanların ehtiyaclarını ödəyən Allah!

      Ramazan ayı 22-ci gün duası 🤲

      İlahi, bu ayda fəzilət qapılarını üzüme aç. Mene Öz bərəkətlərini nazil et, meni bu ayda Sənin razılığına sebeb olacaq İşlərə müvəffəq et. Öz cənnətlərinin ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstǝcab edən Allah!

      Ramazan ayı 23-cü gün duası 🤲

      İlahi, bu ayda menim günahlarımı yu (pak et), meni eyiblərdən təmizlə. Qəlbimi ürəklərdəki teqva qorxusu ilə imtahana çek, ey günahkarların büdrəmələrini bağışlayan Allah!

      Ramazan ayı 24-cü gün duası 🤲

      İlahi, bu ayda Səndən Səni razı salacaq şeyleri dileyirem. Səni incidəcək şeylərdən Sənə pənah gətirirəm. Bu ayda məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət göstərən Allah!

      Ramazan ayı 25-ci gün duası 🤲

      İlahi, bu ayda meni Sənin dostlarını seven, düşmənlərinə düşmən olan və Peyğəmbərlərinin sonuncusunun yolu ilə gedənlərdən qərar ver, ey Peyğəmbərlərin qəlblərini məsum qılan Allah!

      Ramazan ayı 26-cı gün duası 🤲

      İlahi, bu ayda menim səylərimi mükafata layiq qıl, günahlarımı bağışla, əməllərimi məqbul, eyiblərimi üstü örtülmüş qərar ver, ey eşidenlerin Eşidəni!

      Ramazan ayı 27-ci gün duası 🤲

      İlahi, bu ayda mene Qədr gecəsinin fəzilətini əta et, çetin işlerimi asanlaşdır, üzrlərimi qəbul et, günahları və günah yükünü üstümdən götür, ey Öz saleh bəndələrinə mehriban olan Allah!

      Ramazan ayı 28-ci gün duası 🤲

      İlahi, bu ayda nafilə əməllərdən menim nəsibimi bol et. Qiyamət günü suallarına hazır olmaq üçün mənə lütf göstər. Vəsilələr arasında Sənə yetişmək üçün vəsiləmi bu ayda yaxın et, ey israrlıların dualarını eşitməkdə məmnun olan Allah!

      Ramazan ayı 29-cu gün duası 🤲

      İlahi, meni bu ayda Öz rəhmətinlə əhatə et. Mene müvəffəqiyyət və ismət müyəssər et. Qəlbimi töhmət zülmətlərindən pak et, ey Öz mömin bəndələrinə mehribanlıq göstərən Allah!

        • 1
      • Paylaşın
        Paylaşın
        • Paylaşın Facebook
        • Paylaşın WhatsApp
        • Hesabat
  3. Cavabı
    Cavabı
    2025-02-27T12:04:46+00:00Fevral 27, 2025 üzrə 12:04 pm üzrə cavab əlavə edildi

    2025-ci ildə orucluq Mart ayının ilk günlərinə təsadüf edir. 1-i və ya 2-si ola bilər, çünki bu, Ayın görünməsi ilə əlaqədardır.

      • 0
    • Paylaşın
      Paylaşın
      • Paylaşın Facebook
      • Paylaşın WhatsApp
      • Hesabat

Yan panel

Sual verin

Statistika

  • Suallar 28
  • Cavablar 54
  • Populyar
  • Cavablar
  • Nijat

    iPhone 16 Pro Max qiymeti

    • 5 Cavablar
  • Jafar

    Mingəçevirdə gəzməli yerlər

    • 4 Cavablar
  • rafaelloaze

    2025-ci ildə Ramazan ayı nə vaxt başlayacaq?

    • 4 Cavablar
  • Melody Barrera
    Melody Barrera cavab əlavə etdi iPhone 16 Pro Max haqqında çox maraqlı məlumatlar! Bu modelin… Aprel 3, 2025, 3:19 axşam
  • rafaelloaze
    rafaelloaze cavab əlavə etdi Son Vaxtlar En cox istifade olunan qadin etirleri Versace Bright… Mart 12, 2025, 3:55 axşam
  • rafaelloaze
    rafaelloaze cavab əlavə etdi Ən yaxşı daimi qalan qadın ətiri tövsiyələrini verməzdən əvvəl yazımıza… Mart 12, 2025, 3:49 axşam

Əlaqədar suallar

  • Galatasaray- Fənərbaxça oyunu nə vaxtdir

    • 2 Cavablar

Aktiv istifadəçi

Mətləb Musa

Mətləb Musa

  • 0 Suallar
  • 0 Cavablar
Melody Barrera

Melody Barrera

  • 0 Suallar
  • 1 Cavab verin
Dr. Mikayil Aliyev

Dr. Mikayil Aliyev

  • 0 Suallar
  • 1 Cavab verin

Trend etiket

8 mart bas agrisi dirnaq modelleri en yaxsi duxu en yaxsi qoxu gezmeli yerler hisse senedi imsak iftar dualari lenkeran naxcivan naxcivan istirahet yerleri naxçıvan nəyi ilə məşhurdur orucluq pul qazanmaq ramazan sehm sekkiz mart sem nece alinir sumqayit yeni dirnaq modelleri Çərşənbə axşamı

Araşdırın

  • Əsas səhifə
  • Qrup əlavə edin
  • Qruplar səhifəsi
  • Birliklər
  • Suallar
    • Yeni suallar
    • Trend Suallar
    • Sualları oxumaq lazımdır
    • Qaynar suallar
  • Anketlər
  • Etiketlər
  • Fəxiri Cavabçılar
  • İstifadəçilər
  • Kömək

© Cavabi.Com - Məqsəd insanlara fayda verməkdir!

Altbilgi