Qeydiyyatdan keçin

Google ilə daxil ol
və ya istifadə edin

Hesabınız var? İndi Daxil ol

Daxil ol

İnsanların suallarına cavab vermək və digər insanlarla əlaqə saxlamaq üçün sosial suallar və Cavablar Mühərrikimizə daxil olun.

Burada Qeydiyyatdan Keçin
Google ilə daxil ol
və ya istifadə edin

Şifrəni unutmusunuz?

Hesabın yoxdur, Burada Qeydiyyatdan Keçin

Şifrəni unutdum

Parolunuzu itirdiniz? E-poçt ünvanınızı daxil edin. Siz link alacaqsınız və e-poçt vasitəsilə yeni parol yaradacaqsınız.

Hesabınız var? İndi Daxil ol

Sual vermək üçün daxil olmalısınız.

Google ilə daxil ol
və ya istifadə edin

Şifrəni unutmusunuz?

Hesab lazımdır, Burada Qeydiyyatdan Keçin

Sual vermək üçün daxil olmalısınız.

Google ilə daxil ol
və ya istifadə edin

Şifrəni unutmusunuz?

Hesab lazımdır, Burada Qeydiyyatdan Keçin

Yazı əlavə etmək üçün daxil olmalısınız.

Google ilə daxil ol
və ya istifadə edin

Şifrəni unutmusunuz?

Hesab lazımdır, Burada Qeydiyyatdan Keçin

Zəhmət olmasa, bu sualın niyə bildirilməli olduğunu düşündüyünüzü qısaca izah edin.

Zəhmət olmasa, bu cavabın niyə bildirilməli olduğunu hesab etdiyinizi qısaca izah edin.

Zəhmət olmasa, bu istifadəçinin niyə şikayət edilməli olduğunu düşündüyünüzü qısaca izah edin.

Cavabi.Com Logo Cavabi.Com Logo
Daxil olQeydiyyatdan keçin

Cavabi.Com

Axtar
Sual verin

Mobil menyu

Bağlayın
Sual verin
  • Əsas səhifə
  • Haqqımızda
  • Bloq
  • Əlaqə

Jafar

Soruş Jafar
363 Ziyarətlər
1 İzləyici
5 Suallar
Ev/ Jafar/Cavablar
  • Haqqında
  • Suallar
  • Anketlər
  • Cavablar
  • Ən Yaxşı Cavablar
  • İzlədi
  • Sevimlilər
  • Verilən suallar
  • Qruplar
  • Qoşulmuş Qruplar
  • İdarə olunan Qruplar
  1. Soruşdu: Mart 3, 2025In: Ordan-Burdan

    Bitcoin nedir? Nece Ala Bilerem Haqqinda

    Jafar
    Jafar
    Mart 3, 2025 üzrə 3:46 pm üzrə cavab əlavə edildi

    Salam Sualiniza uygun olaraq qisa cavab hazirladim Bitcoin nədir? Bitcoin (BTC), mərkəzsiz bir rəqəmsal valyutadır və 2009-cu ildə Satoshi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən yaradılmışdır. Bitcoin-in əsas xüsusiyyəti odur ki, o, heç bir mərkəzi banka və ya hökumətə bağlı deyil. Bütün əDaha ətraflı oxuyun

    Salam Sualiniza uygun olaraq qisa cavab hazirladim

    Bitcoin nədir?
    Bitcoin (BTC), mərkəzsiz bir rəqəmsal valyutadır və 2009-cu ildə Satoshi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən yaradılmışdır. Bitcoin-in əsas xüsusiyyəti odur ki, o, heç bir mərkəzi banka və ya hökumətə bağlı deyil. Bütün əməliyyatlar blockchain (blokçeyn) adlı texnologiya vasitəsilə qeydə alınır və bu, sistemin təhlükəsizliyini və şəffaflığını təmin edir.

    Bitcoin Necə Almaq Olar?

    Bitcoin almaq üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:

    1. Kriptovalyuta Birjaları vasitəsilə

    Ən yayılmış və təhlükəsiz üsul kriptovalyuta birjalarından Bitcoin almaqdır. Bunun üçün aşağıdakı addımları izləyin:

    • Etibarlı bir birja seçin: Binance, Coinbase, Kraken, OKX, Bybit və s.
    • Hesab yaradın: E-mail və ya telefon nömrənizlə qeydiyyatdan keçin.
    • Təhlükəsizlik tədbirlərini görün: Hesabınızı iki faktorlu autentifikasiya (2FA) ilə qoruyun.
    • Hesabınıza vəsait yatırın: Bank kartı, köçürmə və ya P2P ilə pul yatırın.
    • Bitcoin alın: Birjanın ticarət bölməsində BTC alıb saxlaya bilərsiniz.

    2. P2P (Şəxsdən-şəxsə) Alış

    • Binance, OKX və ya digər platformalarda P2P bölməsinə daxil olaraq birbaşa insanlardan Bitcoin ala bilərsiniz.
    • Qiyməti və ödəniş metodunu seçərək, satıcı ilə razılaşaraq əməliyyatı həyata keçirirsiniz.

    3. Bitcoin ATM-ləri vasitəsilə

    • Bəzi ölkələrdə Bitcoin ATM-ləri var. Bu ATM-lər vasitəsilə nağd pul verərək Bitcoin ala bilərsiniz.

    4. Özəl razılaşmalar

    • Tanış və etibarlı şəxslərdən birbaşa Bitcoin ala bilərsiniz.
    • Ehtiyatlı olun və fırıldaqçılıq hallarına qarşı tədbir görün!

    Bitcoin-i Necə Saxlamaq Olar?

    Bitcoin aldıqdan sonra onu saxlamaq üçün rəqəmsal cüzdanlardan (wallet) istifadə edə bilərsiniz.

    • İsti cüzdanlar (Online Wallets): Binance, Trust Wallet, Metamask və s. (internetə bağlıdır, daha rahat, amma daha az təhlükəsizdir).
    • Soyuq cüzdanlar (Hardware Wallets): Ledger, Trezor və s. (internetə bağlı deyil, daha təhlükəsizdir).

    Bitcoin İlə Nə Edə Bilərsiniz?

    • Ticarət etmək
    • Saxlayaraq dəyərinin artmasını gözləmək (HODL strategiyası)
    • Xidmət və məhsul almaq
    • Digər kriptovalyutalarla dəyişmək
    • Beynəlxalq pul köçürmələri etmək

    Eyer basqa bir sualiniz varsa cekinmeden sual vere bilersiz ☺️

    Daha az baxın
      • 0
    • Paylaşın
      Paylaşın
      • Paylaşın Facebook
      • Paylaşın WhatsApp
      • Hesabat
  2. Soruşdu: Fevral 24, 2025In: İş Fikirləri

    Səhm Nədir? Necə Alınır?

    Jafar
    Ən Yaxşı Cavab
    Jafar
    Fevral 24, 2025 üzrə 8:37 am üzrə cavab əlavə edildi

    Azərbaycanda Şirkət Səhmləri Haradan Almaq Olar? Azərbaycanda səhmləri almaq üçün aşağıdakı rəsmi və etibarlı platformalardan istifadə edə bilərsiniz: 1. Bakı Fond Birjası (BFB) - www.bfb.az Azərbaycanda səhmlərin ticarətinin əsas mərkəzidir. Burada listinqdə olan şirkətlərin səhmlərini əldə edə bilDaha ətraflı oxuyun

    Azərbaycanda Şirkət Səhmləri Haradan Almaq Olar?

    Azərbaycanda səhmləri almaq üçün aşağıdakı rəsmi və etibarlı platformalardan istifadə edə bilərsiniz:

    1. Bakı Fond Birjası (BFB) – http://www.bfb.az

    • Azərbaycanda səhmlərin ticarətinin əsas mərkəzidir.
    • Burada listinqdə olan şirkətlərin səhmlərini əldə edə bilərsiniz.

    2. İnvestisiya Şirkətləri və Brokerlər

    Səhmləri almaq üçün lisenziyalı investisiya şirkətləri və brokerlərdən birini seçə bilərsiniz. Azərbaycanda fəaliyyət göstərən bəzi nüfuzlu investisiya şirkətləri:

    • PAŞA Kapital – http://www.pashacapital.az
    • Invest-AZ – http://www.investaz.az
    • AzFinance İnvestisiya Şirkəti – http://www.azfinance.az
    • Unicapital İnvestisiya Şirkəti – http://www.unicapital.az
    • Azərbaycan Beynəlxalq Bankı – abb-bank.az

      Bu platformalar vasitəsilə həm yerli, həm də xarici şirkətlərin səhmlərinə investisiya edə bilərsiniz. Səhmləri almadan öncə brokerin lisenziyasını və təklif etdiyi xidmətləri diqqətlə araşdırmağınız tövsiyə olunur.

      Daha az baxın
        • 0
      • Paylaşın
        Paylaşın
        • Paylaşın Facebook
        • Paylaşın WhatsApp
        • Hesabat
    • Soruşdu: Fevral 22, 2025In: Telefonlar

      iPhone 16 Pro Max qiymeti

      Jafar
      Jafar
      Fevral 22, 2025 üzrə 7:51 pm üzrə cavab əlavə edildi

      İphone 16 pro max qiymeti umico.az da daha ucuzdur. En ucuz qiymete bu platformada satirlar fikrimcə

      İphone 16 pro max qiymeti umico.az da daha ucuzdur. En ucuz qiymete bu platformada satirlar fikrimcə

      Daha az baxın
        • 0
      • Paylaşın
        Paylaşın
        • Paylaşın Facebook
        • Paylaşın WhatsApp
        • Hesabat
    • Soruşdu: Fevral 22, 2025In: Xəbər

      Galatasaray- Fənərbaxça oyunu nə vaxtdir

      Jafar
      Jafar
      Fevral 22, 2025 üzrə 7:55 am üzrə cavab əlavə edildi

      Galatasaray Fenerbahce oyunu 24.02.2025 ci ilde oynanacaq

      Galatasaray Fenerbahce oyunu 24.02.2025 ci ilde oynanacaq

      Daha az baxın
        • 0
      • Paylaşın
        Paylaşın
        • Paylaşın Facebook
        • Paylaşın WhatsApp
        • Hesabat
    • Soruşdu: Fevral 22, 2025In: Ordan-Burdan

      LEYSAN sözünün Azərbaycan dilində mənası

      Jafar
      Jafar
      Fevral 22, 2025 üzrə 7:16 am üzrə cavab əlavə edildi

      Leysan — qısamüddətli atmosfer yağıntısıdır. Adeten yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə ferqlenir.

      Leysan — qısamüddətli atmosfer yağıntısıdır. Adeten yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə ferqlenir.

      Daha az baxın
        • 2
      • Paylaşın
        Paylaşın
        • Paylaşın Facebook
        • Paylaşın WhatsApp
        • Hesabat
    • Soruşdu: Fevral 22, 2025In: Ordan-Burdan

      Baki Hava Durumu 23.02.2025-01.03.2025

      Jafar
      Jafar
      Fevral 22, 2025 üzrə 6:56 am üzrə cavab əlavə edildi

      Buyrun Heftelik Hava Proqnozu 23.02.2025-01.03.2025 23.02.2025 Hava Durumu -2..0°C Mart Ayinin 23-ü Bakıda Yağıntılı, güclü qar gözlənilir Külək: Şimal, 9 m/s Yağıntı ehtimalı: 100% Gün çıxır: 07:23 Gün batır: 18:24 24.02.2025 Hava Proqnozu -4..+2°C Fevral Ayinin 24-ü Bakıda hava Qismən buludlu, azDaha ətraflı oxuyun

      Buyrun Heftelik Hava Proqnozu 23.02.2025-01.03.2025

      23.02.2025 Hava Durumu

      -2..0°C
      Mart Ayinin 23-ü Bakıda Yağıntılı, güclü qar gözlənilir
      Külək: Şimal, 9 m/s
      Yağıntı ehtimalı: 100%
      Gün çıxır: 07:23
      Gün batır: 18:24

      24.02.2025 Hava Proqnozu

      -4..+2°C
      Fevral Ayinin 24-ü Bakıda hava Qismən buludlu, az miqdarda qar yağacağı gözlənilir
      Külək: Şimal-qərb, 6 m/s
      Yağıntı ehtimalı: 95%
      Gün çıxır: 07:22
      Gün batır: 18:25

      25.02.2025 Hava Proqnozu

      -2..+4°C
      Fevral Ayinin 25-i Bakıda Hava Qismən buludlu, yağıntısız olacaq
      Külək: Şimal-qərb, 6 m/s
      Yağıntı ehtimalı: 57%
      Gün çıxır: 07:21
      Gün batır: 18:26

      26.02.2025 Hava Proqnozu

      -1..+5°C
      Fevral Ayinin 26-sı Bakıda Hava Əsasən aydın olacaq
      Külək: Cənub-qərb, 5 m/s
      Yağıntı ehtimalı: 33%
      Gün çıxır: 07:19
      Gün batır: 18:28

      27.02.2025 Hava Proqnozu

      -2..+2°C
      Fevral Ayinin 27-si Bakıda Hava Yağıntılı, qarlı gözlənilir
      Külək: Şimal, 10 m/s
      Yağıntı ehtimalı: 44%
      Gün çıxır: 07:18
      Gün batır: 18:29

      28.02.2025 Hava Durumu

      -1..+4°C
      Fevral Ayinin 28-i Bakıda Hava Qismən buludlu, yağıntısız olacaq
      Külək: Şimal, 6 m/s
      Yağıntı ehtimalı: 25%
      Gün çıxır: 07:16
      Gün batır: 18:30

      01.03.2025 Hava Durumu

      0..+6°C
      Mart Ayinin 1-i Bakıda Hava Əsasən aydın olacaq
      Külək: Cənub, 7 m/s
      Yağıntı ehtimalı: 13%
      Gün çıxır: 07:15
      Gün batır: 18:31

      Daha az baxın
        • 0
      • Paylaşın
        Paylaşın
        • Paylaşın Facebook
        • Paylaşın WhatsApp
        • Hesabat
    • Soruşdu: Fevral 21, 2025In: Ordan-Burdan

      Orucluq ne vaxt girir 2025

      Jafar
      Ən Yaxşı Cavab
      Jafar
      Fevral 21, 2025 üzrə 1:33 pm üzrə cavab əlavə edildi

      Salam 2025-ci ildə Azərbaycanda Orucluq ayı yəni Ramazan ayı martın 1-də başlayacaq. Qədr gecələri isə 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edəcək. Ramazan Bayramı isə martın 30-u və 31-i qeyd olunacaq.

      Salam 2025-ci ildə Azərbaycanda Orucluq ayı yəni Ramazan ayı martın 1-də başlayacaq. Qədr gecələri isə 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edəcək. Ramazan Bayramı isə martın 30-u və 31-i qeyd olunacaq.

      Daha az baxın
        • 0
      • Paylaşın
        Paylaşın
        • Paylaşın Facebook
        • Paylaşın WhatsApp
        • Hesabat
    • Soruşdu: Fevral 14, 2025In: Xəbər

      2025-ci ildə Ramazan ayı nə vaxt başlayacaq?

      Jafar
      Jafar
      12:48 pm ilə Fevral 20, 2025 ilə bağlı cavaba cavab verildi

      Ramazan Ayı Duaları🤲 Ramazan ayı 1-ci gün duası 🤲 İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları əfv edən Allah! Ramazan ayı 2-ci gün duDaha ətraflı oxuyun

      Ramazan Ayı Duaları🤲

      Ramazan ayı 1-ci gün duası 🤲

      İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları əfv edən Allah!

      Ramazan ayı 2-ci gün duası 🤲

      İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, meni bu ayda Öz ayələrini oxumağa müvəffəq et!

      Ramazan ayı 3-cü gün duası 🤲

      İlahi, bu ayda mənə güclü ağıl və ayıq- sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən menim də nəsibimi ver!

      Ramazan ayı 4-cü gün duası 🤲

      İlahi, bu ayda mene Sənin (oruc tutmaq barede) əmrini yerinə yetirməyə qüvvət ver. Səni zikr etməyin şirinliyini mənə daddır, səxavətinə görə Sənə şükr etməyə məni ruhlandır. Məni bu ayda Özün hifz et və qoru, ey bəsirətlə nəzər edən Allah!

      Ramazan ayı 5-cü gün duası 🤲

      İlahi, bu ayda meni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver. Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!

      Ramazan ayı 6-cı gün duası 🤲

      İlahi, bu ayda meni Sənə asiliyə məruz qoymaqla rüsvay etme, Öz cəza qamçınla məni vurma. Öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey rəğbət bəsləyənlərin Rəğbətlisi!

      Ramazan ayı 7-ci gün duası 🤲

      İlahi, bu ayın orucunu tutmaqda ve namazını qılmaqda mene kömek ol, məni səhvlərdən və günahlardan uzaqlaşdır. Bütün bu ayı Səni zikr etməyi mənə qismət et, Öz köməyin sayəsində, ey azmışları doğru yola çıxaran Allah!

      Ramazan ayı 8-ci gün duası 🤲

      İlahi, bu ayda mənə yetimlərə münasibet-de merhemetli olmağı, çörək vermeyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə. Öz qüdrətin sayəsində, ey ümid edenlerin Pənahı!

      Ramazan ayı 9-cu gün duası 🤲

      İlahi, bu ayda mənə Öz geniş mərhəmətin- dən pay ver. Öz açıq-aşkar delil-sübutlarınla yol göstər. Səni razı salacaq bütün şeylərə doğru məni apar. Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahi!

      Ramazan ayı 10-cu gün duası 🤲

      İlahi, bu ayda meni Öz həsənatlarının sayesinde Sənə tevekkül edənlerden, Sənin yanında bu ayda uğur qazananlardan və Özünə yaxınlardan qərar ver. Öz yaxşılığınla ey istək sahiblərinin son Qayəsi!

      Ramazan ayı 11-ci gün duası 🤲

      İlahi, bu ayda mənə Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir. Mende bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!

      Ramazan ayı 12-ci gün duası 🤲

      İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaet ve razılıq libasını geyindir. Bu ayda meni edalet ve insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm ey (üreklerinde) Allah qorxusu olanların Himayədarı!

      Ramazan ayı 13-ci gün duası 🤲

      İlahi, bu ayda meni natemizlik ve iyrenc şeylerden pak et. Alın yazısı ilə meni bu ayda olacaqlara səbirli et, və Öz köməyinlə məni bu ayda təqvaya və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlerin gözlerinin işığı Allah!

      Ramazan ayı 14-ci gün duası 🤲

      İlahi, bu ayda sehvlerimi mene irad tutma. Meni sehvlerden ve büdrəmələrdən qoru, bela və dərdlərə düçar etme. And verirəm İzzətinə ey müsəlmanların İzzəti, Şərəfi olan Allah!

      Ramazan ayı 15-ci gün duası 🤲

      İlahi, mene bu ayda teqvalı olanların itaətini bexş et, qelbimi bu ayda itaət edenləre məxsus tövbe üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahi!

      Ramazan ayı 16-cı gün duası 🤲

      İlahi, bu ayda meni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et, və məni şər adamlarla rastlaşmaqdan uzaq et. Öz rəhmətinlə mene bu ayın xatirine axiretde qərar evinde sığınacaq ver, Allahlığın xatirinə ey alemlerin Rəbbi!

      Ramazan ayı 17-ci gün duası 🤲

      İlahi, mene bu ayda saleh əməllərə doğru yol göster, ehtiyac ve amallarımı yerinə yetir. Ey etdikleri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları bilen! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bexş et!

      Ramazan ayı 18-ci gün duası 🤲

      İlahi, meni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qelbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qil. Səni öz nuruna and verirem, ey ariflərin qəlblərini işıqlandıran Allah!

      Ramazan ayı 19-cu gün duası 🤲

      İlahi, bu ayın bereketinden nesibimi bol et, mənim yolumu xeyir-bərəkətlərinə doğru asanlaşdır. Meni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etme, ey açıq-aşkar haqqa hidayət edən Allah!

      Ramazan ayı 20-ci gün duası 🤲

      İlahi, bu ayda menim üçün Cənnət qapılarını aç, Cəhənnəm qapılarını bağla, meni bu ayda Quran oxumağa müvəffəq et. Ey möminlerin qəlblərinə rahatlıq salan Allah!

      Ramazan ayı 21-ci gün duası 🤲

      İlahi, bu ayda Sənin rızanı qazanmaq üçün mene yol göster, Şeytanın meni azdırması üçün yol qoyma, Cənnəti menim üçün mənzil və dinclik yeri qərar ver, ey möhtac olanların ehtiyaclarını ödəyən Allah!

      Ramazan ayı 22-ci gün duası 🤲

      İlahi, bu ayda fəzilət qapılarını üzüme aç. Mene Öz bərəkətlərini nazil et, meni bu ayda Sənin razılığına sebeb olacaq İşlərə müvəffəq et. Öz cənnətlərinin ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstǝcab edən Allah!

      Ramazan ayı 23-cü gün duası 🤲

      İlahi, bu ayda menim günahlarımı yu (pak et), meni eyiblərdən təmizlə. Qəlbimi ürəklərdəki teqva qorxusu ilə imtahana çek, ey günahkarların büdrəmələrini bağışlayan Allah!

      Ramazan ayı 24-cü gün duası 🤲

      İlahi, bu ayda Səndən Səni razı salacaq şeyleri dileyirem. Səni incidəcək şeylərdən Sənə pənah gətirirəm. Bu ayda məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət göstərən Allah!

      Ramazan ayı 25-ci gün duası 🤲

      İlahi, bu ayda meni Sənin dostlarını seven, düşmənlərinə düşmən olan və Peyğəmbərlərinin sonuncusunun yolu ilə gedənlərdən qərar ver, ey Peyğəmbərlərin qəlblərini məsum qılan Allah!

      Ramazan ayı 26-cı gün duası 🤲

      İlahi, bu ayda menim səylərimi mükafata layiq qıl, günahlarımı bağışla, əməllərimi məqbul, eyiblərimi üstü örtülmüş qərar ver, ey eşidenlerin Eşidəni!

      Ramazan ayı 27-ci gün duası 🤲

      İlahi, bu ayda mene Qədr gecəsinin fəzilətini əta et, çetin işlerimi asanlaşdır, üzrlərimi qəbul et, günahları və günah yükünü üstümdən götür, ey Öz saleh bəndələrinə mehriban olan Allah!

      Ramazan ayı 28-ci gün duası 🤲

      İlahi, bu ayda nafilə əməllərdən menim nəsibimi bol et. Qiyamət günü suallarına hazır olmaq üçün mənə lütf göstər. Vəsilələr arasında Sənə yetişmək üçün vəsiləmi bu ayda yaxın et, ey israrlıların dualarını eşitməkdə məmnun olan Allah!

      Ramazan ayı 29-cu gün duası 🤲

      İlahi, meni bu ayda Öz rəhmətinlə əhatə et. Mene müvəffəqiyyət və ismət müyəssər et. Qəlbimi töhmət zülmətlərindən pak et, ey Öz mömin bəndələrinə mehribanlıq göstərən Allah!

      Daha az baxın
        • 1
      • Paylaşın
        Paylaşın
        • Paylaşın Facebook
        • Paylaşın WhatsApp
        • Hesabat
    • Soruşdu: Fevral 19, 2025In: Səyahət

      Gəncədə Ən Gəzməli Yerlər

      Jafar
      Jafar
      Fevral 19, 2025 üzrə 1:28 pm üzrə cavab əlavə edildi

      Gəncədə ən gəzməli yerlərin siyahisi Nizami Məqbərəsi İmamzadə Arxeologiya və Etnoqrafiya müzeyini Zəfər Tağın Xan bağı Butulka ev Cavadxan küçəsi Şah Abbas məscidi Çokək Hamamı Göygöl və Maralgöl Uğurlu Xan karvansarayı Heydər Əliyev Park-Kompleksi Məhsəti Gəncəvi Mərkəzi Gəncənin Bayraq Meydanı MiDaha ətraflı oxuyun

      Gəncədə ən gəzməli yerlərin siyahisi

      1. Nizami Məqbərəsi
      2. İmamzadə
      3. Arxeologiya və Etnoqrafiya müzeyini
      4. Zəfər Tağın
      5. Xan bağı
      6. Butulka ev
      7. Cavadxan küçəsi
      8. Şah Abbas məscidi
      9. Çokək Hamamı
      10. Göygöl və Maralgöl
      11. Uğurlu Xan karvansarayı
      12. Heydər Əliyev Park-Kompleksi
      13. Məhsəti Gəncəvi Mərkəzi
      14. Gəncənin Bayraq Meydanı
      15. Mirzə Şəfi Vazeh Parkı
      16. Gəncəçay park–bulvar kompleksi

       

      Daha az baxın
        • 1
      • Paylaşın
        Paylaşın
        • Paylaşın Facebook
        • Paylaşın WhatsApp
        • Hesabat
    • Soruşdu: Fevral 18, 2025In: Proqramlama

      CHATGPT Nədir? Necə İstiadə Edilir?

      Jafar
      Jafar
      Fevral 18, 2025 üzrə 1:40 pm üzrə cavab əlavə edildi

      Chat GPT nədir? Chat GPT bir növ süni intellekt robotudur. Söhbətə əsaslanan işləyən süni intellekt robotu, əvvəlcədən öyrədilmiş modeli ilə özünə yönəltilən suallara insan kimi ətraflı cavablar verir. Virtual köməkçi vəzifəsini daşıyan Chat GPT, 3-cü nəsil GPT – 3.5 prinsipləri ilə işləyir. Chat GPDaha ətraflı oxuyun

      Chat GPT nədir?

      Chat GPT bir növ süni intellekt robotudur. Söhbətə əsaslanan işləyən süni intellekt robotu, əvvəlcədən öyrədilmiş modeli ilə özünə yönəltilən suallara insan kimi ətraflı cavablar verir. Virtual köməkçi vəzifəsini daşıyan Chat GPT, 3-cü nəsil GPT – 3.5 prinsipləri ilə işləyir.
      Chat GPT-nin bilinən ən əsas xüsusiyyəti istifadəçinin verdiyi suala əsaslanaraq real vaxtda cavablar yaratma bacarığına sahib olmasıdır. Chat GPT özünə verilən ağla belə gəlməyən bütün suallara cavab verir, ifadələri başa düşür və təbii, axıcı bir şəkildə cavab verir. Chat GPT cavablarını kitablar, məqalələr və veb saytlar istifadə edərək ən doğru şəkildə çatdırmağı məqsəd qoyur.

      Chat GPT necə istifadə edilir?

      Chat GPT süni intellekt robotunu istifadə etmək üçün Chat GPT-nin rəsmi internet saytına daxil olaraq qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçmək üçün 1 ədəd e-poçt ünvanı və xarici mobil telefon nömrəsinə ehtiyacınız olacaq.
      Chat.openai.com internet saytına daxil olun.
      Qeydiyyat düyməsini basın və OpenAI hesabı yaratmaq üçün addımları izləyin.
      E-poçt ünvanınızı daxil edin.
      “Devam” düyməsini basın və telefon doğrulama əməliyyatını yerinə yetirin.
      Qeydiyyat prosesini tamamlayın.

      Chat GPT-nin xüsusiyyətləri nələrdir?

      Chat GPT yalnız söhbətlər yaratmaqla kifayətlənmir, həm də bir neçə xüsusiyyətə sahib süni intellekt robotu olaraq texnoloji inkişafları izləyərək bizim həyatımızı asanlaşdırır.

      • Sual – Cavab xüsusiyyəti
      • Riyazi tənlikləri həll etmə
      • Mətnlər yaratma
      • Tərcümə etmə
      • Xətaları düzəltmə və həll etmə
      • Mətni xülasə etmə
      • Sinifləndirmə
      • Tövsiyələr vermə
      • Proqram təminatı inkişaf etdirmə

      Chat GPT nə zaman çıxıb?

      Chat GPT ilk olaraq 30 Noyabr 2022-ci ildə istifadəyə verildi. İlk çıxış günlərində gerçək məlumatları təqdim etməsi tənqidlərlə qarşılaşsa da, sonrakı günlərdə verilən cavabların anlaşıqlı olması səbəbindən populyarlıq qazandı.

       

      Daha az baxın
        • 0
      • Paylaşın
        Paylaşın
        • Paylaşın Facebook
        • Paylaşın WhatsApp
        • Hesabat
    1 2

    Yan panel

    Sual verin

    Statistika

    • Suallar 28
    • Cavablar 54
    • Populyar
    • Cavablar
    • Nijat

      iPhone 16 Pro Max qiymeti

      • 5 Cavablar
    • Jafar

      Mingəçevirdə gəzməli yerlər

      • 4 Cavablar
    • rafaelloaze

      2025-ci ildə Ramazan ayı nə vaxt başlayacaq?

      • 4 Cavablar
    • Melody Barrera
      Melody Barrera cavab əlavə etdi iPhone 16 Pro Max haqqında çox maraqlı məlumatlar! Bu modelin… Aprel 3, 2025, 3:19 axşam
    • rafaelloaze
      rafaelloaze cavab əlavə etdi Son Vaxtlar En cox istifade olunan qadin etirleri Versace Bright… Mart 12, 2025, 3:55 axşam
    • rafaelloaze
      rafaelloaze cavab əlavə etdi Ən yaxşı daimi qalan qadın ətiri tövsiyələrini verməzdən əvvəl yazımıza… Mart 12, 2025, 3:49 axşam

    Aktiv istifadəçi

    iprkmgtrvx

    iprkmgtrvx

    • 0 Suallar
    • 0 Cavablar
    NAERTERHTE198700NEWETREWT

    NAERTERHTE198700NEWETREWT

    • 0 Suallar
    • 0 Cavablar
    kvuuyyyojj

    kvuuyyyojj

    • 0 Suallar
    • 0 Cavablar

    Trend etiket

    8 mart bas agrisi dirnaq modelleri en yaxsi duxu en yaxsi qoxu gezmeli yerler hisse senedi imsak iftar dualari lenkeran naxcivan naxcivan istirahet yerleri naxçıvan nəyi ilə məşhurdur orucluq pul qazanmaq ramazan sehm sekkiz mart sem nece alinir sumqayit yeni dirnaq modelleri Çərşənbə axşamı

    Araşdırın

    • Əsas səhifə
    • Qrup əlavə edin
    • Qruplar səhifəsi
    • Birliklər
    • Suallar
      • Yeni suallar
      • Trend Suallar
      • Sualları oxumaq lazımdır
      • Qaynar suallar
    • Anketlər
    • Etiketlər
    • Fəxiri Cavabçılar
    • İstifadəçilər
    • Kömək

    © Cavabi.Com - Məqsəd insanlara fayda verməkdir!

    Altbilgi